9 C
Baku
Friday, January 30, 2026

Gümüş rekord artımdan sonra 95 dollara qədər ucuzlaşıb

“Comex” əmtəə birjasında gümüş üzrə fyuçerslərin qiyməti 16,5% azalaraq Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə 1 troya unsiyası üçün 95,5 dollar təşkil edib. Ucuzlaşma rekord artımdan sonra baş verib.

Yanvarın 26-da gümüşün qiyməti tarixdə ilk dəfə 1 unsiya üçün 117,1 dollara çatmışdı. Növbəti gün kotirovkalar bir qədər geriləyərək 110–112 dollar aralığında qərarlaşıb. Bu isə 2026-cı ilin əvvəlindən bəri 55,5–58% artım və son 12 ayda 1,4 dəfə bahalaşma deməkdir.

“Bloomberg”in məlumatına görə, belə dinamika geosiyasi gərginliklərlə, o cümlədən Ağ evin Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinə mane olan səkkiz ölkədən idxala əlavə gömrük rüsumları tətbiq etmək hədələri və zəifləyən dollarla bağlıdır.

Son xəbərlər
Digər xəbərlər