Nyu-Yorkun “Comex” birjasında mart ayı gümüş fyuçerslərinin birja qiyməti bir troy unsiyası üçün 94 dolları keçərək rekord həddə çatıb. Bakı vaxtı ilə saat 9:40-a olan məlumata görə, qiymətli metalın bahalaşma tempi zəifləyib və korrektasiyadan sonra gümüş 93,3 dollar səviyyəsində ticarət olunub. Fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti isə 1,78% artaraq bir unsiya üçün 4677 dollara yüksəlib.
2025-ci ilin dekabrında qızıl və gümüş qiymətləri bir neçə dəfə rekord hədləri yeniləyib, yanvar ayında isə onların bahalaşması davam edib. “Bloomberg” yazır ki, qiymətli metalların bahalaşması, o cümlədən, ABŞ-də faiz dərəcələrinin azalması və geosiyasi gərginliyin artması ilə bağlıdır. Qiymətli metalların qiymət artımı son üç il ərzində zərgərlik məmulatlarının təxminən 1,5 dəfə bahalaşmasına səbəb olub.







