Bakı vaxtı ilə saat 10:38-ə olan məlumata görə, gümüş fyuçersləri 9,34% ucuzlaşaraq bir troya unsiyası üçün 71,2 ABŞ dollarına düşüb. Saat 12:30-a yaxın isə gümüş yenidən bahalaşmağa başlayıb və qiymət bir unsiya üçün 79,325 dollar təşkil edib (+1,01%).
Saat 12:40-a olan vəziyyətə əsasən, gümüş yenidən enişə keçib və bir troya unsiyası üçün 78,155 dollar səviyyəsində ticarət olunub (−0,48%). Eyni vaxtda, 2026-cı ilin aprel ayı üzrə çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti COMEX birjasında 2,1% azalaraq bir troya unsiyası üçün 4 645,4 dollar olub.






