Gümüş fyuçersinin dəyəri 2% artaraq, 2011-ci il sentyabrın 5-dən bəri ilk dəfə bir troy unsiyası üçün 43 ABŞ dollarını keçib.
“Comex” birjasının məlumatına görə, saat 13:25-də gümüşün qiyməti bir unsiya üçün 42.8 dollar təşkil edib (+1,63%). İyulun əvvəlindən qiymətli metal 8.2% bahalaşıb. Dekabr fyuçersi üzrə qızılın dəyəri də təxminən 0.15% artmağa davam edir. Saat 13:25-ə olan məlumata görə, onun qiyməti “Comex” birjasında bir troy unsiyası üçün 3678.8 dollar olub.
2025-ci ilin ilk altı ayı ərzində gümüşün qiyməti təxminən 30% yüksəlib. Bazar iştirakçıları hesab edirlər ki, metal qiymətlərinin artımı ilin əvvəlindən xeyli bahalaşmış qızıla diqqətin yönəlməsi ilə bağlıdır.