Gümüş fyuçerslərinin qiyməti “Comex” birjasında tarixi maksimuma çataraq bir troya unsiyası üçün 51 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 3:00-da qiymətli metalın dəyəri 4,77% artaraq unsiya üçün 51,05 dollara çatıb. Saat 4:42-də artım tempi daha da sürətlənib və gümüşün qiyməti unsiya üçün 51,44 dollara (+4,64%) yüksəlib.
Oktyabrın 14-nə keçən gecə qızıl fyuçerslərin dəyəri tarixi maksimum olan 4150 dollara çatıb. “Financial Times”ın məlumatına görə, qızılın qiymət artımı qızıl fondlarına (ETF) olan vəsait axınları ilə əlaqədardır. Sentyabr ayında dünya investorları ETF-lərə 15,5 milyard dollar yatırıblar.