2025-ci ilin dekabr ayının gümüş fyuçerslərinin qiyməti “Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) tarixi maksimuma çataraq bir troya unsiyası üçün 54 ABŞ dollarını ötüb. Bu barədə birjanın ticarət məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 6,01% artaraq bir troya unsiyası üçün 54,0350 ABŞ dolları təşkil edib. Saat 08:20-də isə gümüşün qiyməti artımını sürətləndirərək 54,2 dollara (+6,34%) yüksəlib.
Eyni zamanda, qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında bir unsiya üçün 4 217,2 ABŞ dolları səviyyəsində olub (+0,09%).







