25 C
Baku
Thursday, September 25, 2025

Gümüşün qiyməti son 14 ildə ilk dəfə 45 dolları keçib

Gümüşün dekabr fyuçerslərinin qiyməti Nyu-Yorkun “Comex” birjasında 2011-ci il mayın 3-dən bəri ilk dəfə bir unsiya üçün 45 dolları ötüb.

Bakı vaxtı ilə saat 12:33-ə olan məlumata əsasən, qiymət 2.07% artaraq unsiya üçün 45.1 dollara çatıb. Eyni zamanda qızılın dekabr fyuçerslərinin qiyməti də bahalaşaraq unsiya üçün 3787 dollar olub (+0.50%).

İlin əvvəlindən bəri gümüşün qiyməti 1.5 dəfədən çox artıb. Bahalaşmaya ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından sonra ilk dəfə faiz dərəcəsini azaltması və tənzimləyicinin monetar siyasəti daha da yumşaldacağı gözləntiləri təsir edib. Analitiklərin proqnozuna görə, ilin sonuna qədər qiymət tarixi maksimum olan unsiya üçün 49.8 dollara çata bilər.

Son xəbərlər
Digər xəbərlər