9 C
Baku
Wednesday, December 17, 2025

Gümüşün qiyməti tarixdə ilk dəfə 66 dolları keçib

Nyu-York Əmtəə Birjasının (NYMEX) bölməsi olan “Comex” birjasında 2026-cı ilin mart ayında tədarükü nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 66 dolları ötüb. Bu barədə ticarət meydançasının məlumatlarında deyilir.

Bakı vaxtı ilə saat 07:01-ə olan məlumata görə, qiymətli metalın dəyəri 4,07% artaraq bir troya unsiyası üçün 66,175 dollar təşkil edib. Saat 08:20-yə doğru gümüşün qiymət artımı zəifləyərək 66,07 dollar səviyyəsinə enib (+3,9%).

Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti 4 354,1 dollar səviyyəsində olub (+0,44%).

Son xəbərlər
Digər xəbərlər