Gümüşün birja qiymətləri yeni tarixi maksimuma çatıb. Belə ki, 10 dekabr, çərşənbə günü “Comex” birjasında gümüşün mart fyuçersləri 1,94% bahalaşaraq unsiya üçün 62,02 dollar səviyyəsinə yüksəlib.
Bu gün Bakı vaxtı ilə 10:35-də mart fyuçersləri 1,6% bahalaşaraq unsiya üçün 61,8 dollar səviyyəsində ticarət olunurdu.
Gümüş qiymətləri artımını davam etdirir: 9 dekabr, çərşənbə axşamı keçirilən ticarətlərdə qiymət ilk dəfə unsiya üçün 60 dollar həddini keçib.
“Kept” analitiklərinin qiymətləndirməsinə görə, gümüş bazarı 2025-ci ildə də ardıcıl beşinci il olaraq defisitli qalacaq, baxmayaraq ki, gümüşün yan məhsul kimi çıxarıldığı iri polimetal və qalay-sink mədənlərinin bir hissəsində hasilatın artması gözlənilir.







