Son illər gələcək üçün enerji mənbələri üzərində aparılan araşdırmaların ümidvericisi Günəş enerjisi hesab edilir. Daha təmiz bir dünya üçün alternativ enerji istehsal etməyin bəzi çatışmazlıqları mövcud idi. Elm adamları apardıqları son tədqiqatlarla bu məsələyə aydınlıq gətiriblər.
Dünyada mövcud olan təbii ehtiyyatların sürətlə tükənməsi, digər tərəfdən də enerji əldə etmək üçün istifadə olunan bəzi metodların təbiətə zərər verməsi kimi səbəblərə görə son zamanlarda Günəş enerjisi üzərində böyük tədqiqatlar aparılmağa başlandı.Dövrünün dahisi adlandırılan Elon Musk daxil olmaqla bir çox uğurlu iş adamı Günəş enerjisi üzərindəki tədqiqatlara böyük vəsaitlər yatırırlar.
Günəş enerjisi gələcəyin ən böyük xilaskarı hesab edilsə də, bu günə qədər bəzi çatışmazlıqları müşahidə olunurdu – depolama problemi.
Günəş enerjisini əldə etmək sadə və çox maliyyə tələb etməyən bir üsuldur. Amma onu depolamaq və saxlamaq böyük “güc” tələb edir.
Banker.az məlumat üçün bildirir ki, İsveçdə bu mövzu üzərində araşdırmalar aparan elm adamlarından ibarət bir komanda, nəhayət, bu məsələnin həll yolunu tapmışlar. Onlar apardıqları araşdırmalar zamanı enerjini depolama bacarığına sahib yeni bir maye meydana gətiriblər.
Tədqiqat qrupu əldə olunan mayeni, əslində formasını dəyişdirən bir molekul kimi qiymətləndirir. Karbon, Hidrogen və Nitrogendən ibarət olan bir maddənin üzərində təcrübə apararkən, maddənin atomları arasında dəyişiklik müşahidə edən qrup üzvləri yaranan mayenin sıxlaşan atomları sayəsində enerjini tuta bilməsi nəzərə çarpdı. İsomer adı verilən bu maye Günəş işığına məruz qalanda güclü kimyəvi tərkibinə görə bütün enerjini içərisində tuta bilir.
Əldə etdikləri yeni maddənin Günəş enerjisini depolayıb-depolamayacağını yoxlamaq üçün alimlər bir il müddətində sınaqlar həyata keçirdilər. İsomer, enerjini çox az itki ilə depolamağı bacararaq, lazım olan anda əks mexanizm tətbiq edərək enerjini istifadə etməyə imkan verir.
Bu kəşf gələcək üçün böyük əhəmiyyət kəsb edir.
Hal-hazırda bu maddənin qüsursuz işləməsinə baxmayaraq, onu sistemləşdirmək və satışa çıxarılması üçün ən azı 10 il vaxta ehtiyyac olduğunu açıqlayan alimlər, bu iş üzərində hələ bir müddət də çalışmaq lazım olduğunu bildirdilər.