4 C
Baku
Friday, March 29, 2024

“Günay Bank” ASC-nin mənfəəti 69 % azalıb

“Günay Bank” ASC bu ilin birinci rübünü 391 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın 31.03.2019-cu il tarixinə olan maliyyə hesabatına istinad edərək bildirir.

Bu ilin 1-ci rübündə bankın faiz gəlirləri ötən ilin eyni dövrüylə müqayisədə 1 % artaraq 2,819 mln manat, faiz xərcləri 2,3 dəfə artaraq 2,061 mln manat olub. Belə ki, faiz gəlirləri xərcləri üstələdiyindən 115 min manat əməliyyat mənfəəti formalaşıb.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 276 min manatı ayırmaqla nəticədə mənfəət əldə edib. Ötən ilin analoji dövrüylə müqayisədə bu ilin yanvar-mart ayları ərzində Bankın xalis mənfəəti 69 % və yaxud 3,2 dəfə azalıb.

 
Son xəbərlər
Digər xəbərlər