10 C
Baku
Saturday, November 23, 2024

Günay Bank-da “xalis riskli” maliyyə aktivlərinin payı artıb

“Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin 1 yanvar 2020-ci il tarixinə maliyyə aktivlərinin həcmi 161.93 mln. manat təşkil edib.

Bu barədə Banker.az kommersiya bankına kənar audit kimi cəlb edilən “RSM Azerbaijan”nın audit hesabatında bildirilir.

Bankın maliyyə aktivləri son bir ildə 24.71% artsa da, paralel, xalis riskli maliyyə aktivləri də artıb.

Belə ki, hesabat dövründə məlum olur ki, bankın maliyyə aktivlərinin yalnız 121.76 mln. manatı alınmış girovlar, qalan 40.17 mln. manatı isə girovdan sonra qalan xalis riski olan maliyyə aktivləridir. Göründüyü kimi cəmi maliyyə aktivlərində xalis riskli olanlarının payı 24.8% təşkil edib.

Məsələn, bir il öncə “risk” adlandırılan bu göstəricinin cəmi maliyyə aktivlərində payı 20%-ə belə çatmırdı, yəni 19.31% təşkil etmişdi.

Capture

Xatırladaq ki, bankın 63.31 mln. manat səhm kapitalı var. Bankın səhmdarları bunlardır:

  • 52,13% – Mahmud Məmmədov
  • 40,05% – Yeganə Şirinova
  • 2,67% – Günay İldırımzadə
  • 2,31% – Xanım Məmmədova
  • 1,12% – Samir Cəfərov
  • 1,10% – Mahir Xəlilov
  • 0,63% – Əhməd Mehribani (Fransa).
Son xəbərlər
Digər xəbərlər