Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin səhm emissiyasını qeydə alıb.
Palatadan verilən məlumata görə, emissiya hər birinin nominal qiyməti 47,83 manat olan 83 000 min səhmin yerləşdirilməsini nəzərdə tutur.
Səhmlər qapalı üsulla, Bakı Fond Birjasında yerləşdiriləcək. Emissiya baş tutsa, “Günay Bank”ın dövriyyədə olan səhmlərinin sayı 1 357 100-dən 1 440 100-ə, nizamnamə kapitalı isə 64 910 093 manatdan 68 879 983 manata yüksələcək.
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildən fəaliyyət göstərir.
Report