9 C
Baku
Friday, December 13, 2024

Günay Bank karantin aylarında zərərlə üzləşdi – Səbəb?

Görünür, “Günay Bank” üçün aprel, may və iyun ayları ağır keçib. Cari ilin ikinci rübü ərzində (aprel-iyun) zərər edib.

Bu barədə Banker.az bankın 30 iyun 2020-ci il tarixinə açıqlanan maliyyə hesabatına istinadən xəbər verir.

Bank açıqlayıb ki, cari ilin ilk 6 ayında 618 min manatlıq xalis mənfəət əldə edib. Lakin, cari ilin ilk rübündə (3 ay ərzində) “Günay Bank”ın 1 milyon 76 min manat mənfəət etdiyini nəzərə alsaq, bu azalmanın, aprel-iyun aralığında 458 min manat zərər etdiyi səbəbindən baş verdiyini müşahidə edirik.

2-ci rübdəki zərərin səbəbi isə əsasən koronavirus səbəbindən karantin rejimini əhatə edən aprel, may və iyun aylarında bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdır (problemli kredit və s.). Bu ehtiyatın həcmi 1 milyon 267 min manat təşkil edib.

“Günay Bank”ın 1-ci rüb ərzində əməliyyat mənfəətinin həcmi 1 milyon 708 min manat olduğu halda, ikinci rüb ərzində  900 min manat az, yəni 808 min manat təşkil edib.

İkinci rüb ərzindəki bu zərərin ardından “Günay Bank”ın balansındankı zərərin həcmi artaraq 1 milyon 851 min manata qayıdıb. Halbuki, 1-ci rübdə bu, 1 milyon 393 min manat təşkil edirdi.

232131

Son xəbərlər
Digər xəbərlər