22 C
Baku
Thursday, May 2, 2024

“Günay Bank” kiçilib, gəlirləri azalıb

“Günay Bank” ASC-nin 2023-cü ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb və bankın rüblük faiz gəlirlərinin öncəki ildən aşağı olduğu məlum olub.

Banker.az xəbər verir ki, hesabat müddətində bankın faiz gəlirlərinin həcmi 5.56% azalmaqla 3.46 mln. manata düşüb. Bankın bu gəlirlərinin azalmasına səbəb müştərilərə verdiyi kreditlərdən faiz gəlirlərinin illik müqayisədə 19% azalmaqla 2.12 mln. manata enməsi olub.

Faiz gəlirləri azalarkən, bankın faiz xərcləri onun xərc yükünü artırıb. Faiz xərcləri illik 19% artımla 2.73 mln. manata qalxıb. Öncəki ildə 1.18 mln. manatlıq xalis faiz gəliri cari ilin eyni dövründə 543 min manata düşüb.

Qeyri-faiz gəlirləri 2.28 mln. manat olarkən, qeyri-faiz xərcləri 2.48 mln. manata yüksəlib.

Bankın bununla da 345 min manat əməliyyat mənfəəti yaranıb.

Beləliklə, ilk rübü 277 min manat xalis mənfəət edib, lakin 1 aprel 2023-cü il tarixinə 883.50 min manatlıq illərin yığılmış zərəri qalmaqdadır.

“Günay Bank” ASC-nin birinci rübdə aktivləri  2.5% azalaraq 274.27 mln. manata, öhdəliklərin həcmi isə 3.5% azalaraq 206.3 mln. manata düşüb.

432423423 123131

Son xəbərlər
 ⁠
Digər xəbərlər