10 C
Baku
Sunday, May 19, 2024

“Günay Bank” ləğv edildi, “Günay Sığorta”nın vəziyyəti necədir?

“Günay Bank” ASC-nin lisenziyasının ləğvindən sonra, sığorta bazarında  onun digər törəməsinin “Günay Sığorta” ASC-nin qalıb-qalmayacağıdır.

Banker.az xəbər verir ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi və AMB tərəfindən banka inzibatçı təyin edildi.

İndiyə qədər Azərbaycanda bankla eyni adda, eyni səhmdarları olan bir neçə sığorta şirkətləri olub ki, bankın ləğvinin ardından sığorta şirkətinin adı da tarixə qovuşub.

Bankın lisenziyasının ləğvi şirkətin vəsaitləri üçün risk yarada bilər. Sığorta şirkətinin pul vəsaitləri bu bankda idi.

Həmin bank və sığorta şirkətləri bunlardır:

  • “Bank Standard” QSC və“StandardInsurance” ASC
  • “Amrahbank” ASC və “AmrahSığorta” ASC
  • “NBC Bank” ASC və “Rəvan Sığorta” ASC

“Günay Sığorta” ASC-nin maliyyə vəziyyəti necədir?

“Günay Sığorta” 2022-ci il üzrə audit hesabatında açıqladı ki, onun gəlirləri illik müqayisədə 16% azalmaqla 8.69 mln. manata düşüb. Cəmi xərcləri isə 9.92 mln. manata düşüb və göründüyü kimi gəlirlər xərcləri qarşılaya bilməyib və ötən ili 1.23 mln. manat zərərlə öncəki illərdəki tendensiyanı davam etdirdi. 2021-ci ildə sığorta şirkətinin zərərinin həcmi 1.16 mln. manata yaxın idi. 2020-ci ildə 325 min manat xalis mənfəət idi.

Beləliklə, sığorta şirkətinin balansında 1 yanvar 2023-cü il tarixinə 1.86 mln. manatlıq yığılmış zərəri mövcuddur. Bununla belə, digər tərəfdən isə şirkətin kapital mövqeyini qorumaq üçün nizamnamə kapitalını 7% artırmaqla 10.1 mln. manata çatdırmışdılar.

“Günay Sığorta” ASC-nin nizamnamə kapitalının 28.48%-i Mahmud Məmmədova, 49.9%-i Yeganə Şirinovaya, 21.62%-i isə lisenziyası ləğv edilmiş “Günay Bank” ASC-yə məxsusdur.

Azalma şirkətin ötən il işçi sayında da müşahidə edildi. Belə ki, 2022-ci ilin əvvəlində 112 nəfər işçi sayı olduğu halda, ilin sonuna 104 nəfər oldu.  Şirkətin İdarə Heyəti ilə bağlı qeyri-stabillik var. Son bir neçə ildə bir neçə dəfə sədr dəyişib. Məsələn, sonuncu dəfə dekabrda sədr təyin edilmişdi və səhmdarların qərarı ilə həmin sədr İdarə Heyətinə üzv, üzv isə İdarə Heyətinə sədr təyin edilib. (ətraflı)

2023-cü ilin ilk rübünə AMB tərəfindən təqdim edilən statistikada “Günay Sığorta”nın sığorta haqları yığımını illik müqayisədə 76% artımla 2.54 mln. manata çatdırdığı halda, sığorta ödənişləri 16% azalmaqla 0.87 mln. manata enib.

1s 21 3243 e1684329210561

Son xəbərlər
 ⁠
Digər xəbərlər