17 C
Baku
Tuesday, July 5, 2022

“Günay Bank” səhmdarları toplaşır

“Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarları növbəti ayın sonu toplaşır.

Bu barədə Banker.az bank rəhbərliyinin açıqlamasına istinadən xəbər verir.

Açıqlamada deyilir ki, 28 iyun 2022-ci il saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən bankın inzibati binasında “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Aşağıdakı məsələlər növbəti ümumi yığıncağın gündəliyinə daxil edilmişdir: “Günay Bank” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər.

Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər