“Günay Bank” səhmdarlarının sığorta biznesindən qazancı məlum olub

Günay Bank, FOTO: Sabir Mirzə/Banker.az

“Günay Sığorta” ASC-nin 2016-ci il ərzində səhmdarlarına ödədiyi dividentlərin həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin emitent üzrə illik hesabatında deyilir.

Məlumata görə, ötən ildə 2016-ci ildə əldə olunmuş mənfəətdən Mahmud Məmmədova 11448,67 manat, Yeganə Şirinovaya 49585,62 manat və Xanım Məmmədovaya (M. Məmmədovun bacısı) 7 892,07 manat divident ödənilib.

Qeyd edək ki, “Günay Sığorta” 7,7 mln. manat nizamnamə kapitalına malikir. Yuxarıda qeyd edilən hər üç səhmdar Sığorta Şirkəti ilə bərabər “Günay Bank” ASC-dəki səhmlərdə də pay sahiblərdir. Belə ki, M. Mahmudov adıçəkilən bankın əsas səhmdarı olmaqla 50,81% səhm pay sahibidir. Digər iki nəfər – Y. Şirinova 38,94%, X. Məmmədova isə 2,31% pay sahibidir.

Sığorta Şirkətinin hesabatında o da məlum olur ki, 2017-ci ilin əvvəlində işçi heyətinin 79 nəfər olduğu halda ilin sonuncu rübü 151 nəfərə kimi artmışdır.