İyulun 7-si, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Bankın Baş ofisi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında olacaq.
İclasın gündəliyinə “Günay Bank”ın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
“Günay Bank” 1992-ci ildə yaradılıb, səhm kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova 40.05%-i Yeganə Şirinovaya, 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya, 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.