15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Günay Bank” şirkət və rəhbəri ilə bağlı məhkəməyə müraciət edib

Screen Shot 2021 09 02 at 14.34.20

“Günay Bank” ASC kredit müqaviləsindən yaranan problemə görə Azərbaycanda qapı satışı ilə məşğul olan yerli şirkəti məhkəməyə verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək  “TİKO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti və İsmayılzadə Taleh Kərim oğlu barədə qərar qəbul etməyi xahiş edib.

Müraciət olunmuş tələbdə kredit müqaviləsinin xitamı, kredit borcunun tutulması və tutulmanın girov predmetinə yönəldilməsidir.

Nərimanov Rayon Məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi ilə bağlı qərardad çıxarıb.

Şirkət rəhbəri isə bu qərarla bağlı Bakı Appellyasiya Məhkəməsinə müraciət edib.

Şirkət 2007-ci ildə “Tiko Door” MMC adı ilə yaradılıb və 2015-ci ildən “TİKO GROUP” MMC adı ilə fəaliyyətini davam etdirib və  dövlət qeydiyyatına 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.

Azərbaycan bazarına qapı məhsulları gətirməklə məşğuldur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər