“Günay Bank” vəsait cəlb etmək üçün cəlbedici görünmək istəyir

“Günay Bank” ASC vəsait cəlb etmək üçün müştərilərə cəlbedici görünmək istəyir.

Bank müddətli depozitinin illik faiz dərəcəsini 6%-dən 9%-ə qədər artırmalı olub.

Eyni ilə ABŞ dolları valyutasında olan əmanətin faiz dərəcəsini 0.5%-dən 2.5%-ə qədər artırmalı olub.

Xatırladaq ki, cari ilin aprel-may aylarında ardıcıl iki, ümumilikdə isə dörd kommersiya bankının lisenziyası geri çağırılıb. Orada olan əmanətləri tam sığortalanmış şəxslər artıq ADİF tərəfindən iyun-iyul ayı üzrə ödənişlərin (kompensasiya) ediləcəyi bildirilir.

Bu vəziyyətdə isə yerli banklar bu addımları ilə bir növ həmin əmanətçiləri özlərinə cəlb etməyə çalışırlar.

Son xəbərlər
Digər xəbərlər