24 C
Baku
Thursday, July 25, 2024

“Günay Bank”da nə qədər depozit var və onların taleyi necə olacaq?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 3 ildən sonra daha bir – “Günay Bank” ASC lisenziyasını geri aldı və qeyd edildi ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə bu qərar təbiq edilir.

Banker.az xəbər verir ki, indi sual odur ki, bankda şəxslərin nə böyüklükdə depoziti var ki, bunlar “bata” bilər və ya ödənişi vaxt aparacaq.

Mərkəzi Bank “Günay Bank”la bağlı press-relizində bildirib ki, 2023-cü ilin 1 aprel 2023-cü il tarixinə Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 mln. manat təşkil edir.

Mərkəzi Bank bunu da qeyd kimi bildirib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99.9%-nin əmanətləri kompensasiya olunacaqdır. Ödəyən tərəf isə Əmanətlərin Sığortalanması Fondudur.

İndi gələnin nəzər yetirək bankda nə qədər depozitlər və cəmi öhdəliklər var idi?

2023-cü ilin 1 aprelinə bankın kənar audit edilməmiş hesabatında, yəni özü tərəfindən təqdim edilən maliyyə hesabatına görə, 108.57 mln. manat şəxslərin depoziti var. Beləliklə, 70.07 mln. manatlıq depozitlər “risk” altındadır.

Depozitlərinin 73.48 mln. manatı fiziki şəxslərin və hequqi şəxslərin 35.08 mln. manatı şirkətlərindir. Depozitlərində müddətli əmanətlərin həcmi 52.66 mln. manatı tələbli və 55.92 mln. manatı isə müddətli depozitlərdir.

Əlavə olaraq bankın kredit təşkilatlarında 90.09 mln. manat borcu da var.

Bankın 1 aprel 2023-cü il dövrünə cəmi 274.27 mln. manat aktivləri və 206.29 mln. manat öhdəlikləri var.

22222

2222222 343243243432

 

 

Son xəbərlər
Digər xəbərlər