7 C
Baku
Thursday, December 12, 2024

“Günay Bank”ın depozit portfeli kiçilib

“Günay Bank” ASC müştəriləri 2023-cü ilin ilk rübündə depozitlərini “geri çəkib” və portfelin kiçilməsinə səbəb olub.

Banker.az xəbər verir ki, bankın ilk rübün əvvəlində olan depozit portfelinin həcmi 111.41 mln. manat olduğu halda, rübün sonuna, yəni 31 mart 2023-cü il tarixinə 108.57 mln. manata düşüb. Bu da 2.5% azalmadır. Azalma həm fiziki, həm də hüquqi şəxslərin depozitlərində baş tutub.

İlk ondan başlayaq ki, portfeldə azalmağa səbəb hansı bölgülər üzrə dəyişmədir.

Bankın depozit portfelinin ilin əvvəlində müddətli olan hissəsi 63.62 mln. manat idi və ilk rübün sonuna bu rəqəm 55.92 mln. manata qədər azalıb ki, rüblük 7.7 mln. yaxud 12.1% azalmış olub. Müddətli depozitlərində azalmanın əsas drayveri isə ABŞ dollarında olan hissəsinin 22.65 mln. manat ekvivalentindən 16.29 mln. manat ekvivalentinə enişdir. Manatda olan müddətli əmanətlərin həcmi 40.74 mln. manata 39.3 mln. manata düşüb.

Bu faktı da qeyd edək ki, bank ilin fevralında müddətli depozitlərin illik faizlərini 8%-dən 7%-ə endirdi. Bu isə ölkədə bir sıra bankların 1 fevralından başlayaraq işə düşən vergi məsələsindən sonrakı vaxtlara təsadüf etdi. Belə ki, ölkədə 2016-cı ildən 2023-cü ilin 1 fevralına qədər depozit faizləri 10%-lik gəlirlərindən azad idi, həmin tarixdən isə şəxs faiz gəlirindən 10% dövlətə vergi verməlidir. Bir sıra banklar faizlərin vergi xərcini bir qədər azaltmaq üçün illik dərəcələri qismən artırmışdılar. Belə olan halda bankın özünün də müddətli əmanətlərin cəlbinə həvəssiz olduğu müşahidə edilməkdə idi. Əlavə olaraq müddətli əmanətlər tələblidən fərqli olaraq bankın faiz xərcləri üçün əlavə yükdür. ətraflı

Ümumiyyətlə, müştərilər bu bankda müddətli depozitləri uzun deyil qısa müddətə yerləşdirirlər. Məsələn, 55.92 mln. manatlıq müddətli əmanətlərinin yalnız 4.77 mln. manat hissəsi bir ildən yuxarıdır. Bankda 5 ildən yuxarı hissəsinə demək olar ki, depozit yerləşdirmirlər.

Bankın maliyyə mənbəsinin əsasını təşkil edən müddətli əmanətlərin böyük hissəsi (24.15 mln. manat) 6 ay və 9 ayı əhatə edir.

Lakin, bu bankın aktivlər üzrə strategiyasında belə deyil. Məsələn, müştərilərə verdiyi 202.44 mln. manatlıq kreditlərin 92%-i, yaxud 185.3 mln. manatı 5 ildən çox müddətə verilib.

31.03.2023

324242342323423

31.12.2022

2

Son xəbərlər
Digər xəbərlər