“Günay Bank” ASC-nin işçi heyətinin sayı azalıb.
Banker.az xəbər verir ki, bu barədə bankın 1 iyul 2020-ci il tarixinə olan hesabatında deyilir.
Bankın qeyd edilən tarixdə işçi sayı 256 nəfər təşkil edib. Bu da 2020-ci ilin əvvəli ilə müqayisədə bir nəfər az olması deməkdir.
Günay Bank – 1999-cu ildə yaradılıb və 64.91 mln. manat nizamnamə kapitalı var. Kapitalda 52,13% – Mahmud Məmmədov, 40,05% – Yeganə Şirinova, 2,67% – Günay İldırımzadə, 2,31% – Xanım Məmmədova, 1,12% – Samir Cəfərov, 1,10% – Mahir Xəlilov və 0,63% – Əhməd Mehribani (Fransa) adlı şəxslərin payı vardır.