12 C
Baku
Friday, March 29, 2024

“Günay Bank”ın kredit portfelinin aktivlərdə payı və xalis faiz gəlirləri kəskin azalıb

“Günay Bank” ASC-nin cəmi aktivləri 1 iyul 2019-cu il tarixində 224,25 mln. manat təşkil edib. Bunun da hazırda 151,59 mln. manatı kredit portfelidir.

Bu barədə Banker.az Bankın 2019-cu ilin 2-ci rübü üzrə maliyyə hesabatına istinad edir.

Bankın aktivlərinin illik 23% artım göstərib. Lakin bu artımın əsas səbəbkarı kredit portfeli olmayıb. Belə ki, ötən 2-ci rübünün sonu kredit portfelinin aktivlərdə 81,3% olsa da, cari ilin müvafiq dövründə kəskin fərqlə azalaraq 67,6%-ə düşüb.

“Günay Bank” son 1 il ərzində cəmi öhdəliklərini artıraraq 161,27 mln. manata çatdırıb. Bunun da 93,43 mln manata (illik 7,5% artıb) qədəri müştərilərinin bankda yatırdığı əmanətlərdir. Bildirək ki, bankın geridə qoyduğumuz illərdə depozit portfelində (əsasən də hüquqi şəxslərdə) böyük azalmalar müşahidə olunurdu. Görünür bank bu əmanətlərlə bağlı artıq cari ilin 2-ci rübündən qismən bərpa edə bilib.

Gəlirləri və Xərcləri

“Günay Bank” 2019-cu ilin ilk 6 ayında 5,82 mln. manatlıq faiz gəliri, 4,32 mln. manatlıq faiz xərci edib ki, bu da bankın yarımillikdə 846.53 min manat xalis faiz gəliri əldə etməsi deməkdir. Ötən ilin eyni dövründə bu rəqəm 2,6 dəfə daha çox, yəni, 2,19 mln. manat idi.

Bildiyimiz kimi son illərdə bankın əsasən qeyri-faiz gəlirlərindən (hətta bəzi müddətdə bu rəqəmlər faiz gəlirlərini üstələyib) daha çox yararlana bilir. Bankın qeyr-faiz gəlirləri 3,61 mln. manat, qeyri-faiz xərci 3,85 mln. manat edib.

Bununla da bank 2019-cu ilin ilk yarımilliyini 752,29 min manat edib.

Hazırda bankın balansında illərdən yığılıb qalmış 5,32 mln. manatlıq yığılmış zərəri var.

 

Son xəbərlər
Digər xəbərlər