10 C
Baku
Wednesday, December 11, 2024

“Günay Bank”ın kredit portfelinin aktivlərdəki çəkisi kəskin azalıb

“Günay Bank” ASC-nin aktivləri il ərzində artsa da, aktivlərdəki əsas pay sahibi olan kredit portfelinin çəkisi azalıb.

Banker.az xəbər verir ki, bu barədə 2017-ci il üzrə maliyyə hesabatında deyilir.

Hesabata görə, Bankın aktivləri ötən ilin 12 ayı ərzində 117,25 mln. manatdan 186,11 mln. manata kimi artıb. Lakin, bu artımla yanaşı kredit portfelinin cəmi aktivlərdəki çəkisi 2016-cı ildə 86,33% təşkil etdiyi halda, 2017-ci ilin sonunda 62,36%-ə düşüb.

Qeyd edək ki, ötən il ərzində kredit portflinin ümümi həcmi 116,07 mln. manat təşkil edib. Bununda əsas hissəsi daşınmaz əmlaka verilən kreditlərdir.

Bankın öhdəlikləri ötən il ərzində az qala iki dəfə artaraq 128,б8 mln. manat olub. Bu artıma səbəb kimi əsasən müştəri hesblarının 3 dəfəyə yaxın artmasını göstərmək olar. Bankın müştəri hesabları ötən il ərzndə 94,46 mln. manat təşkil edib ki, bunun da 39%-i fiziki şəxlərin hesabları olub. Məlumat üçün bildirək ki, hesabat dövründən öncəki il fiziki şəxlərin hesablarının çəkisi bu portfelin 96%-ini təşkil edirdi.

Kredit portfelində aktivlərdə çəkisi azaldığı kimi depozit portfelinin də öhdəliklərdə payı azalmalı olub. Belə ki, 2016-cı ilin sonunda depozit portfelinin öhdəliklərdə çəkisi 38,88% təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 25,76%-ə düşüb.

 

Son xəbərlər
Digər xəbərlər