Azərbaycanda kommersiya bankı kimi fəaliyyət göstərən “Günay Bank” ASC 2018-ci il üzrə 1,29 mln. manatlıq xalis mənfəət edib.
Banker.az xəbər verir ki, bu barədə “Günay Bank”ın 2018-ci il üzrə açıqladığı maliyyə hesabatında deyilir.
Hesabata görə, ötən ilin 4 fəslini 8,89 mln. manat cəmi faiz gəliri və 4,02 mln. manat faiz xərci ilə bitirib ki, bu da bankın xalis faiz gəlirinin 4,86 mln. manata səbəb olub.
Bankın əsas faiz gəliri tikinti sahəsinə verilən kreditlərdir ki, bu da cəmi 5,41 mln. manat təşkil edib.
“Günay Bank”ın qeyri-faiz gəliri yenə də ötən ilki kimi faiz gəlirlərini üstələyib və və bu göstərici bu il 9,21 mln. manat olub. Qeyri-faiz gəlirlərinin 5,51 mln manatı məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəliri (Exchange). Göründüyü kimi bankın əsas kredit verdiyi tikinti sahəsindən gəliri valyuta mübadiləsindən gəlirindən azdır. Bu artıq bankın bir neçə ildir ki, oxşar göstəriciləri təkrar edir.
Digər qeyri-faiz gəlirdə pay 3,12 mln. manatı isə hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlir olub.
Bankın qeyri-faiz xərcləri ötən ildə olduğu kimi bu ildə az qala iki dəfə artımla 7,28 mln. manat olub.
Bankın əməliyyat mənfəəti 6,78 mln. manat olmasına rəğmən 5,5 mln manat aktivlər üzrə mümkün zərərlərin ayrılması hesabına 1,29 mln. manatlıq xalis mənfəət təşkil edib.2018-ci ildə il bu rəqəm 4,1 mln. manat idi.
Balansı
“Günay Bank”ın cəmi aktivləri 2018-ci ilin sonuna 191,2 mln. manat təşkil edib ki, bu da illik cüzi azalmadır. Aktivlərin hazırda 146,11 mln. manatı müştərilərə verilmiş kreditlərdir.
Bankda hazırda cəmi öhdəlik 129,86 mln. manat olub ki, bunun da 70,46 mln. manatı müştərilərdən cəlb olunan vəsaitlər – depozit portfelidir.