05 iyul 2023-cü il saat 11:00-da, AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az bankın elanına istinadən xəbər verir.
Gündəliyə “Günay Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.
Bir ay öncə isə bildirilmişdi ki, Müşahidə Şurası və İdarə Heyətinin tərkibinə baxılması məsələsi 19 may iclasında müzakirə ediləcək.
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.