“Günay Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik olub.
Komitənin iki üzvü – Rəcəbov Vüqar Oktay oğlu və Ömərov Firudin Cəmaləddin oğlu vəzifələrini tərk edib. Hələlik bu vəzifələrə təyinat olmayıb.
Hazırda bankın Audit Komitəsinin sədri vəzifəsini Mehdiyeva Esmira Məmməd qızı icra edir.