5 C
Baku
Saturday, December 14, 2024

“Günay Bank”ın sabiq sədr müavini bankı deyil, dövlət qurumunu seçibmiş – təyinat

Yayın başlanğıcında “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini olan Elşən Süleymanov yeni iş yerinin adı məlum olub.

Banker.az bununla bağlı etibarlı mənbələrdən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Süleymanov bu dəfə bankı deyil, dövlət qurumunda çalışmağı üstün tutub.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (“DOST” agentliyinə) departament rəhbəri kimi gedibmiş. 

O, agentliyin Strateji planlaşdırma və innovasiyalar departamentinə rəhbər kimi fəaliyyətinə başlayıb. Bu departament DOST-in 12 strukturundan birinə aid edilir. Strateji planlaşdırma və innovasiyalar departamenti agentliyin strateji planlaşdırma prosesinin idarə olunması, yol xəritələrinin, inkişaf konsepsiyalarının və tədbirlər planının hazırlanması, agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq və yerli təşkilat və qurumlarla proqram və layihələrin hazırlanması təmin edir.

E.Süleymanovun cari ilin yayında “Günay Bank”dan vəzifədən getdiyi bildirilsə də, bir neçə mənbə onun hətta ötən ilin yayında bankdakı vəzifəsini tərk etdiyini qeyd edirlər.

Ümumiyyətlə isə son illər ərzində Süleymanovun əvvəl işlədiyi kredit təşkilatında sabiq sədr müavini olan Emin Zeynalovun işdən məlum hadisələr səbəbindən çıxmasının ardından bu bankın menecementini bir neçə şəxslər tərk edib. Bura İH sədr müavini Teymur Axundovu (hazırda Avropada işləyir), Audit Komitəsinin iki üzvü – Rəcəbov Vüqar Oktay oğlu və Ömərov Firudin Cəmaləddin oğlu kimi şəxsləri aid etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər