Təyinat: “Günay Bank”ın yeni sədri rəsmən təsdiqləndi

Azərbaycanda fəaliyyət göstərən “Günay Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu barədə Banker.az-a banka yaxın mənbə bildirir.

Kommersiya bankına 9 sentyabr 2020-ci il tarixdən etibarən Baratəli Piriyev Zülfüqar oğlu sədrlik edəcək.

B.Piriyev buna qədər bankın Müşahidə Şurasının sədrinin I müavini vəzifəsində çalışırdı. Hələ, “Günay Bank” səhmdarları ötən ilin 17 oktyabrında bu qərarı qəbul edəcəyi bildirilirdi. Bir müddət sonra açıqlandı ki, B.Piriyev bu vəzifəni icra edici olacaq.

Bankın sədri vəzifəsini buna qədər rəsmi olaraq, müvəqqəti icraedici kimi Zaur Əhmədov Kamil oğlu daşıyırdı.

Qeyd edək ki, “Günay Bank”ın rəhbəliyində yer dəyişmələr bir neçə müddətdir müşahidə edilir. Buna, İdarə Heyəti üzvlərində Emin Zeynalov, Azad İbadov, Teymur Axundov, Eldar Abdullayev kimi şəxslərin bankı tərk etməsini misal göstərmək olar.

E.Abdullayev hazırda Bakı Fond Birjasında, Teymur Axundov isə Çex Respublikasında öz karyerasını davam etdirir.

Hazırda bankın 65 mln. manata yaxın nizamnamə kapitalı var. Kapitalının əsas payçısı Mahmud Məmmədov (52.13%) və Yeganə Şirinovadır (40.05%).

O da qeyd edilməlidir ki, bank 2020-ci ilin ilk yarımilliyində yaxşı göstəricilərlə bitirib. Bank aktivlərini böyüdüb və yarım milyondan çox xalis mənfəət əldə edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.