27 C
Baku
Wednesday, April 24, 2024

“Günay-Lizinq”in rəhbərliyində dəyişiklik- Yeni direktor təyin edilib

“Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.

Report agentliyi xəbər verir ki, bu vəzifə Rəşad Hüseynzadəyə həvalə olunub.

O, indiyə qədər şirkətdə mütəxəssis kimi çalışıb və yeni vəzifəsində Fərid Beybutovu əvəz edəcək. Keçmiş direktor isə bundan sonra yalnız 2017-ci ildə təsis etdiyi “Günay Finans” MMC-yə rəhbərlik edəcək.

“Günay-Lizinq” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin təsisçisi 100% “Günay Bank” ASC-dir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər