9 C
Baku
Thursday, December 12, 2024

“Günay Sığorta” dəymiş zərəri tam ödəməkdən imtina edincə, məhkəmə zərərçəkmişə kömək olub

KASKO sığortası etsən belə, qəza edəndə sığorta hadisəsinə görə ödəniş etmək isitəmirlər, fırladırlar, yorurlar.

Banker.az-a bunu “Car Rent Baku” şirkətinin rəhbəri Haldun Novruzzadə deyir.

“Öncələr avtomobilləri KASKO sığortası kimi “Günay Sığorta” ASC-nin xidmətindən istifadə edirdim”, deyə şirkətin rəhbəri deyir.

“20 iyun 2019-cu ildə müştərimiz “KIA Sportage” markalı avtomobillə qəzaya düşdü. Avtomobilimiz “Günay Sığorta”da tam olaraq 20 000 manatlıq KASKO sığortada olsa belə, 2 ay sonrası cəmi 8 000 manatlıq təmir haqqı çıxardı”.

Novruzzadə deyir ki, öz ciblərindən vəsait ayırıb rəsmi bir yerdə avtomobilin qəzası ilə bağlı qiymətləndirmə apardıqda ən azı avtomobilə 13 500-14000 manatlıq zərər dəydiyi məlum olub. Sığortaçının ödənişin az qiymətləndirməsinə görə həmin vaxta  bu səlahiyyət sahibi olan Maliyyə Bazarlarına Nəzarət Palatasına* (MBNP) müraciət etməli olublar. Şirkət rəhbəri qeyd edir ki, “Günay Sığorta” MBNP ilə belə razı qalmayaraq, onların tələblərini də yerinə yetirməyiblər.

“Günay Sığorta” ASC 13 000 manat zərəri ödəməkdən [zərərçəkənə] imtina edib 8000 manat zərər ödəyəcəyini bildirmişdi və demişdi ki, gedib hara şikayət edirsinizsə edin” – deyə zərəçəkmiş şirkətin rəhbəri deyir.

Həmin tarixdə “Günay Sığorta”nın dövlət səlahiyyətli quruma belə məhəl qoymadığını görən şirkət rəhbəri məhkəməyə müraciət edərək əminliklə qalib gələcəyini ümidlənib. Məhkəmə isə şirkət rəhbərinin ümidlərini həqiqətən ədalətli şəkildə doğruldub. Həmin dəymiş zərər üzrə məbləği icarə xidməti həyata keçirən şirkətin xeyrinə bitirib: “Şirkətin vəkilinin köməyi ilə həmin iş üzrə məhkəməni udub, barışıq nəticəsində haqqımızı aldıq. Sizə məsləhətim Sığorta Şirkətlərinin özbaşınalığına qarşı sonuna kimi gedin, sonda məhkəmə ədaləti təmin edəcək”.

*İndi 28 noyabr 2019-cu ildən MBNP ləğv edilib, bütün səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına ötürülüb.

Son xəbərlər
Digər xəbərlər