“Günay Sığorta” ASC-nin 2022-ci ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.
Şirkət yanvar-avqust aylarında 4.885 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.378 mln. manat və ya 32% azalma deməkdir.
Yanvar-avqustda şirkət tərəfindən ümumilikdə 2.853 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 346 min manat və ya 14% çox olub.