“Günay Sığorta” BFB-nin Listinq Məsləhət Proqramına qoşulub

Günay Sığorta

“Günay Sığorta” ASC “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.

Bu barədə Birjanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, fevralın 20-də “Günay Sığorta” və BFB arasında LMP üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Proqramın əsas məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Birja ilə əməkdaşlıq edə bilərlər.

Bu proqrama tərəfdaş qismində qoşulan şirkətlər emitentlərə güzəştli əsaslarla öz xidmətlərini təklif etmək imkanı əldə etmiş olurlar. Bununla da, LMP daxilində emitent qismində qoşulan şirkətlərin həm qiymətli kağız buraxılışına hazırlaşa biləcəyi, həm də müxtəlif istiqamətlərdə tərəfdaşlar qazana biləcəyi dayanıqlı ekosistem formalaşdırılmış olunur.

Memoranduma əsasən, “Günay Sığorta” LMP çərçivəsində emitent qismində qoşulan şirkətlərə güzəştli əsaslarla sığorta xidmətinin göstərilməsi və bu istiqamətdə məsləhət xidmətlərinin göstərilməsi üzrə BFB ilə əməkdaşlıq edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları