“Günay Sığorta” ASC-nin 2022-ci ilin iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.
Şirkət iyul ayında 4.081 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.183 mln. manat və ya 35% azalma deməkdir.
İyulda şirkət tərəfindən ümumilikdə 2.487 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 378 min manat və ya 18% çox olub.