14 C
Baku
Friday, May 24, 2024

“Günay Sığorta” İcbari Sığorta Bürosunun üzvləri siyahısından çıxarılıb

Lisenziyası ləğv edilən “Günay Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 14-dən 13-ə, ümumi iştirakçılarının sayı isə 19-dan 18-ə enib.

Qeyd edək ki, səhmdarlarından biri olan “Günay Bank”ın mayın 16-dan lisenziyasının ləğv edilməsindən sonra “Günay Sığorta” fəaliyyətini dayandırmaq üçün Mərkəzi Banka könüllü müraciət edib. AMB-nin qərarı ilə iyunun 24-də sığorta şirkətinin fəaliyyətinə xitam verilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər