15 C
Baku
Friday, May 3, 2024

“Günay Sığorta” illəri zərərlə bitirməkdə davam edir

Mahmud Məmmədov, Yeganə Şirinova və  “Günay Bank” ASC-nin birgə sığorta biznesi “Günay Sığorta” ASC növbəti dəfə zərərlə üzləşib.

Banker.az xəbər verir ki, bu barədə “Günay Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatında cəmi gəlirlərinin illik müqayisədə 16 faiz azalaraq 8.69 mln. manata düşdüyü bildirilir. Cəmi xərcləri isə illik müqayisədə 14 faiz azalaraq 9.92 mln. manat təşkil edib.

Sığortaçı işlərin aparılması üzrə ümumi xərci isə 5.07 mln. manat olub, bu öncəkin ildə 5.81 mln. manat olub.

Beləliklə, ardıcıl olaraq 2022-ci ildə də 1.23 mln. manat zərər edib. 2021-ci il 1.25 mln. manatlıq zərər etmişdi.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,1 milyon manatdır. Şirkətin səhmdarları Yeganə Şirinova (“Günay Bank”ın 41,15 %-lik səhmdarı), Mahmud Məmmədov (“Günay Bank”ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) və “Günay Bank”dır.

 

a1 a2

2021-ci il

Son xəbərlər
 ⁠
Digər xəbərlər