26 C
Baku
Friday, April 19, 2024

“Günay Sığorta” işçilərinin sayını 1 ildə 18 nəfər artıra bilib

2020-ci ilin sonunda “Günay Sığorta” ASC-nin işçilərinin sayı 144 nəfər olub.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

“Günay Sığorta”nın 2019-cu ilin sonunda işçilərinin sayı 126 nəfər olub ki, bu da illik müqayisədə işçilərin sayı 18 nəfər artıb.

“Günay Sığorta” ASC-nin işçilərinin sayı ötən ilin 1-ci rübündə 126 nəfər, 2-ci rübündə 128 nəfər təşkil edib.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7.7 milyon manatdır. Şirkətin səhmlərinin 71.94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı), 28.06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər