13 C
Baku
Sunday, November 27, 2022

“Günay Sığorta” nizamnamə kapitalını 6% artırır

“Günay Sığorta” ASC-nin səhmdarları şirkətin nizamnamə kapitalının 600 min manat və yaxud 6.3 % artırılaraq 9.5 milyon manatdan 10.1 milyon manata çatdırılmasına qərar veriblər.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 600 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları mövcud səhmdarların hansı nisbətdə əldə edəcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58.31%-i Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38.94 %-lik səhmdarı), 33.27 %-i Mahmud Məmmədova (“Günay Bank”ın 52.13 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8.42 %-i isə “Günay Bank”a məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X