Günay Sığorta şirkəti birja vasitəsilə səhmlərinin sərbəst satışına başlayır. Bakı Fond Birjasının verdiyi məlumata görə 8 yanvar tarixindən başlayaraq şirkətin son emissiyadan olan səhmləri birjada yerləşdirilməyə başlayacaq.
Verilən məlumatda deyilir: “Səhmdarlar üçün səhmlərin daha sonradan geri alınması nəzərdə tutulmayıb”. Səhmlərin yerləşdirilməsi isə 3 yanvar 2016-cı il tarixində başa çatmalıdır.
Azərbaycan Qiymətli kağızlar üzrə Dövlət Komitəsi 22 dekabr tarixində AZ1001008346 ISIN şifrə ilə sığorta şirkətinin səhmlərinin emissiyasını qeydə almışdı. Bununla əlaqədar olaraq şirkət 1 milyon manat dəyərində 2,3 min səhm buraxmaq hüququ əldə etmişdi.