1 C
Baku
Saturday, December 14, 2024

“Günay Sığorta” və “Qala Sığorta” bəzi icbari sığorta növləri üzrə fəaliyyətinə icazə verilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarına əsasən “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilmişdir.

Belə ki, “Günay Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta” ASC tərəfindən isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilmişdir.

Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilmiş və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər