8 C
Baku
Monday, November 18, 2024

“Günay Sığorta” yenə zərər açıqladı

“Günay Sığorta” 2022-ci ilin 2-ci rübünü 198 min manat zərərlə başa vurub. Bu ilin əvvəlinə sığorta şirkətinin zərəri 1 milyon 125 min manat olub ki, bu da 6 ayda zərərin 5.7 dəfə azalmasıdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövrünə “Günay Sığorta”nın cəmi aktivləri 15 milyon 54 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 8% azama deməkdir.

Bu ilin iyul ayının 1-nə “Günay Sığorta”nın cəmi kapitalı 2.2% azalaraq 8 milyon 674 min manat, cəmi öhdəlikləri 15% azalaraq 6 milyon 379 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər