12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

“Günay Sığorta” yeni səhmlər emissiya etdi – Kapitalını yarım milyon artırır

“Günay Sığorta” ASC nominal dəyəri 1 000 manat olan yeni səhmlər emissiya edib.

Banker.az xəbər verir ki, 29 mart 2021-ci il tarixində sığorta şirkəti 500 ədəd sayda yeni səhm buraxıb.

Bu səhm paketinin ümumi dəyəri isə 500 min manat təşkil edəcək.

Qeyd edək ki, hazırda “Günay Sığorta” ASC-nin nizamnamə kapitalının həcmi 7 milyon 700 min manatdır. Bu artımdan sonra kapitalın həcmi 8 milyon 200 min manata yüksələcək.

Səhmlər hazırda 71.94%-i Yeganə Şirinovaya 28.06%-i isə Mahmud Məmmədova məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər