“Günay Sığorta” ASC-nin səhmdarlarının sayı 3-dən 2-ə düşüb.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Günay Bank”ın 16,61%-lik payı və Xanım Məmmədovanın adı siyahıdan çıxarılıb və paylar “Günay Bank” ASC-nin əsas səhmdarı Mahmud Məmmədova ötürülüb.
Bununla da Sığorta Şirkətinin səhmlərin 71,94%-i Yeganə Şirinovaya və 28,06%-i isə Mahmud Məmmədova məxsus olub.