“Günay Sığorta” ASC-nin Daxili audit xidmətinə rəhbər təyin edilib.
Agentliyin şirkətə istinadən xəbər verir ki, bu vəzifəyə İlkin Mirzəyev gətirilib.
O, bundan əvvəl “Azərbaycan Sənaye Sığorta” ASC-də auditor vəzifəsində çalışıb.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günaybank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.