“Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) sədr müavii təyin edilib. Şirkətə istinadən xəbər görə, söhbət Kənan Əskərovdan gedir.
Bununla da, “Günay Sığorta”nın İH-də təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Şirkətin İH-nə Qəmbər Suvanverdiyev rəhbərlik edir. İH-nin üzvü isə Vüqar Rəcəbovdur.
Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günay Bank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.