“Buta Sığorta” ASC-nin aktivlərini almış “Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Bu barədə Reporta şirkətdən bildirilib.
Məlumata görə, gözlənildiyi kimi, “Buta Sığorta”nın İH-nin keçmiş sədri Qəmbər Suvanverdiyev “Günay Sığorta”nın rəhbərliyinə gətirilib.
Bununla yanaşı, şirkətdə daha bir təyinat olub. “Buta Sığorta”nın keçmiş baş mühasibi Kəmalə Zaman qızı Allahverdiyeva “Günay Sığorta”nın mühasibat uçotu və hesabatlar şöbəsinin müdiri (həm də baş mühasib) vəzifəsinə təyin edilib.
Qeyd edək ki, “Buta Sığorta”nın sığorta portfelinin “Günay Sığorta”ya ötürülməsi iyunun 30-da başa çatıb. Ötürülən portfelin dəyəri 1 840 185 manat, müqavilələrin sayı isə 33 292 ədəddir.
Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günay Bank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.