21 C
Baku
Thursday, April 25, 2024

“Günay Sığorta”nı rəhbərliyi və digər kadırları tərk etdil

“Günay Sığorta” Şirkətinin Direktorlar Şurasının üzvü Həsən Bədəlov işindən ayrılıb. Məlumata görə, Bədəlovun şirkətdən ayrılmasına mayın 11-də səhmdarların yığıncağında qərar verilib.

Qeyd edək ki, aprel ayının əvvəlində H.Bədəlov şirkətin idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmışdı.  Son qərar ilə o şirkətdən tamamilə ayrılıb. (fins.az)

Bundan əlavə, “Günay Sığorta” şirkətində daha bir kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin icraçı direktoru, Satış Blokunun rəhbəri peşəkar sığortaçı Əlihüseyn Qasımov vəzifəsindən uzaqlaşıb.

Bundan sonra Ə.Qasımov yeni təyinatına uğun olaraq “Dövlət Sığorta” Şirkətinin Baş Satış Mərkəzinin direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı Blokunun rəhbəri Vüqar İbrahimov da vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən “Zurich”, “ACE”, “Allianz Türkiye”, “FM Global”, “İnqosstrach”, “Azre Təkrarsığorta” və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Onu da qeyd edək ki, “Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib.

Şirkətdən əldə edilən məlumata görə, hər ay bir neçə yeni işçi qəbul edilə, bir neçə nəfər də işdən ayrıla bilər. “Günay Sığorta”da 3-4 ay ərzində bir neçə nəfər işdən ayrılıb.  Amma bu kütləvi ixtisar anlamına gəlmir. Sadəcə “Günay Sığorta” şirkətində gələcək inkişaf və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. Şirkət sığorta sektorunda təcrübəsi olan peşəkar komanda tərəfindən idarə ediləcək.

Mənbəfins.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər