“Günay Sığorta”nın aktivləri böyüdü, öhdəlikləri azaldı – İlk 6 ayda

0

“Günay Sığorta”nın cəmi aktivləri 2019-cu il 30 iyun tarixində 13,110 mln manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 3% artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cari ilin iyun ayında “Günay Sığorta”nın cəmi gəlirləri 3,012 mln manat, cəmi xərcləri isə 2,573 mln manat təşkil edib. Əsas əməliyyat gəlirlərindən 2,676 mln manatı birbaşa sığorta üzrə haqlara ayrılıb.

“Günay Sığorta”nın cəmi öhdəlikləri hesabat ilinin əvvəli ilə müqayisədə 2% azalaraq 4,781 mln manat, kapitalı isə 6% artaraq 7,890 mln manat olub.

Sığorta şirkətinin dövr üzrə xalis mənfəəti 439,127 manat olub.

2019-cu ilin ilk 6 ayında “Günay Sığorta”nın sığorta ehtiyatları 6,4% azalaraq 4,072 mln manat təşkil edib.

Xatırladaq ki,  Sığorta Şirkətinin səhmlərin 71,94%-i Yeganə Şirinovaya və 28,06%-i isə Mahmud Məmmədova məxsusdur.